×
Katalog Sesli kitaplar İndirimler Çizgi romanlar
Agantio Books'ta satın
Alçaldılmış və təhqir edilmiş insanlar cover
Alçaldılmış və təhqir edilmiş insanlar thumbnail

Alçaldılmış və təhqir edilmiş insanlar

Fyodor Dostoyevski
20,00 ₼

Satıcı

realbooks

realbooks

Yayınevi

Teas Press

Açıklama

Soyuq, darıxdırıcı bir qış günü... Taleyin Vanyanın qarşısına çıxardığı miskin, zavallı, tənha bir qoca... Kimin ağlına gələrdi ki, Vanya soyuq bir qış günündə həmin yoxsul qocanın arxasınca düşəcək və bu …
Soyuq, darıxdırıcı bir qış günü... Taleyin Vanyanın qarşısına çıxardığı miskin, zavallı, tənha bir qoca... Kimin ağlına gələrdi ki, Vanya soyuq bir qış günündə həmin yoxsul qocanın arxasınca düşəcək və bu onu haralara aparıb çıxaracaq?! Nataşa, Vanya, Alyoşa... Sevgi nədir? Heç bir təmənna güdmədən, hətta qovuşa bilməyəcəklərini bildiyi halda sevdiyi insanın yanında olmaqdırmı? İnsan öz mənfəəti üçün nə qədər alçala bilər? Nələri qurban verər? İnsanların gələcəyini məhv edən, təhlükəli oyunlar oynayan, ikiüzlü insan... Təhqir olunmağı həzm edə bilməyən, nə olursa olsun dimdik dayanmağı bacaran qürurlu ata... Zənginlərin kasıblara xor baxması, insani iztirablar, alçaldılmış və təhqir edilmiş insanların faciəvi həyatı, sosial təbəqələşmə, cəmiyyətdəki iyrəncliklər, sevgi, nifrət, dostluq Dostoyevski qələmi ilə ustalıqla təsvir edilib. Hadisələr Vanyanın (İvan Petroviçin elə Dostoyevskinin öz prototipi olduğu da deyilir) dilindən nəql olunur. Tənqidçilərin fikrincə, bu əsər müəllifin ən həqiqi romanıdır.

Dil

Azerbaycan dili

Müşteri yorumları

Henüz yorum yok

Bu kitabı ilk yorumlayan siz olun!