
Dahi
Teodor Drayzer
20,00 ₼
17,00 ₼
15% indirim
Yayınevi
Teas Press
Açıklama
Yucin Vitla xüsusi istedada malik, gözəllik düşkünü olan bir rəssamdır. Gördüyü hər gözəl qadına vurulan, onlarla eşq macərası yaşamağa can atan, çox vaxt özü də hisslərindən baş açmayan dahi bir …
Yucin Vitla xüsusi istedada malik, gözəllik düşkünü olan bir rəssamdır. Gördüyü hər gözəl qadına vurulan, onlarla eşq macərası yaşamağa can atan, çox vaxt özü də hisslərindən baş açmayan dahi bir rəssam... Rubi, Miriem, Norma, Kristina, Stella, Suzanna... - bunlar Yucinin müxtəlif vaxtlarda birlikdə olduğu qadınlardır. Amma o, Ancela adlı dindar bir kənd qızı ilə evlənir və onunla enişli-yoxuşlu, acılı-şirinli bir ömür sürür.
Yazıçı həyatının müxtəlif dövrlərində müxtəlif çətinliklərlə üz-üzə qalan rəssamın həyatını elə o rəssamın özü kimi incəliklə işləyir. Sonradan pul ehtirası, kapitalizmin eybəcərlikləri rəssamı sənətindən uzaq salır... Yucin mənfi obrazdırmı? Bəlkə də, xarakterindəki mənfi cəhətləri onun dahiliyinə bağışlamaq olar...
Dil
Azerbaycan dili
Şehir
Bakı
Sayfa Sayısı
644
Ülke
Azərbaycan
ISBN
9789952310368
Müşteri yorumları
R
realbooks
Dahi
Bu kitabı oxuduqdan sonra bir müddət özümə gələ bilmədim. Drayzerin insan psixologiyasını bu qədər dərin və realist şəkildə təsvir etməsi heyrətamizdir.